QHT Bərdədə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa təşkil edib

Sentyabrın 5-də “Ekoloji İnformasiya ” İB -yi “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa təşkil edib.

ELAZ.İNFO xəbər verir ki, dəyirmi masada Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə rayon İH yanında ictimai şuranın katibi Əhliman Hümbətov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədr müavini Natiq Kazımov iştirak ediblər.

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev çıxış edərək “Konstitusiya və Suverenlik ili” -nin təsis olunması haqqında məlumat verib. Tədbirlər planına uyğun olaraq ekoloji sahədə görülən işlərdən danışıb.

“Ekoloji İnformasiya”İB-nin sədri Musa Muradlı QHT-lərin fəal iştirakını vurğulayıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə rayon İH yanında ictimai şuranın katibi Əhliman Hümbətov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədr müavini Natiq Kazımov da mövzu ilə bağlı fikirlərini bildirməklə müzakirələri maraqlı ediblər.

elaz.info

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights