İnsan xislətini pozmaq, qəlbini çirkləndirmək, dostlarını itirmək, vicdanını incitmək bahasına olsa belə, qeybətə əl atır? Bəzi hallar var ki, insanı qeybətə sürükləyir və ona zəmin hazırlayır. İnsan içindəki qəzəb və intiqam odunu söndürmək üçün bu atəşi daha da alovlandıracağını düşünmədən qeybətə əl ata bilər. Yaxud da qeybət etməklə keçə bilmədikləri həsəd və paxıllıq hisslərini aradan qaldırmağa çalışarlar. Yalnız özlərini alçaltdıqlarının fərqində olmadan təkəbbür, lovğalıq və nifrət məqsədilə qeybətə keçə bilərlər. Halbuki, qeybət insanların eyiblərini söyləməklə, onları aşağılayaraq özlərini yüksəldəcəklərini düşünən aciz insanların fəaliyyətidir. İnsanın öz saysız-hesabsız eyiblərini ört-basdır etmək üçün başqalarının eyiblərini üzə çıxarmaq ehtiyacıdır. Beləliklə, qüsursuz və naqis bir insan öz günahlarının əvəzini ödəmək əvəzinə, başqalarının günahlarından danışaraq öz günahına yenisini əlavə edir. Qardaşını mühakimə edə bilməyəcək qədər günahkar olan şəxs, qardaşının eyiblərini üzə çıxarıb ona böhtan atmaqla xeyirxah ola bilməz, onu aşağılamaqla özünü ucalda bilməz.
Ali Kamal MABOÇOĞLU Türkiyə