QƏBƏLƏ – XANKƏNDİ ULTRAMARAFONU KEÇİRİLƏCƏK

Elaz.info Azərbaycan Gənclər və İdman Nazirliyinə istinadən bildirir ki, aprelin 10-dan 13-dək Qəbələ – Xankəndi ultramarafonu təşkil ediləcək. “Gənclər Paytaxtı”mız Qəbələ şəhərindən start götürəcək marafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.

Ultramarafon iştirakçıları Qəbələ – Ağdaş (55 km), Ağdaş – Bərdə (65 km), Bərdə – Ağdam (44 km), Ağdam – Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Yarışa qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs martın 30-dək https://zafarrunclub.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilər.

Qeyd edək ki, yerlər məhduddur və iştirakçıların seçimi zamanı öncədən qaçış təcrübəsi olanlara üstünlük veriləcək.

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights