ELAZ.İNFO xəbər verir ki, “Qazprom” şirkətinin yazılı açıqlamasında şirkətin 2025-ci ildə qonşu ölkələrə təbii qaz tədarükünü davam etdirdiyi bildirilib.
Bəyanatda şirkətin ötən il Qazaxıstan, Özbəkistan və Qırğızıstana təbii qaz tədarükünü 22,2 faiz, Gürcüstana isə 40,4 faiz artırdığı qeyd olunub.
Bəyanatda həmçinin bu dövrdə “Sibir Gücü” boru kəməri vasitəsilə Çinə 38,8 milyard kubmetr təbii qazın çatdırıldığı barədə məlumat verilib və şirkətin ötən il ilk dəfə olaraq Avropadan Çinə daha çox təbii qaz tədarük etdiyi vurğulanıb.
Qərb sanksiyaları səbəbindən Avropada bazar payı əhəmiyyətli dərəcədə azalan “Qazprom” enerji sektorundakı itkilərini kompensasiya etmək üçün Asiya ölkələri ilə əməkdaşlığı yaxşılaşdırmaq üçün addımlar atır.
“Sibir Gücü” boru kəmərinə əlavə olaraq, “Qazprom” həmçinin Rusiya qazını Monqolustan vasitəsilə Çinə ildə 50 milyard kubmetr tutumla çatdırmağı planlaşdıran “Sibir Gücü 2” layihəsi üzərində işləyir.
İlahə BAYINDIR