Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.

ELAZ.İNFO Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

“Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub”, – məlumatda qeyd edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.

Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.

Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights