Atatürkün portreti fonunda…
ELAZ.İNFO xəbər verir ki, Qazaxstan prezidenti Qasım Comərt Tokayev bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, birlik mesajları verib və deyib ki, “Ölkələrimiz arasında heç bir fikir ayrılıqları yoxdur. Bizi təkcə dostluq deyil, həm də səmərəli əməkdaşlıq bağlayır”.
Qazaxıstan Türküstanın (Mərkəzi Asiya) aparıcı iqtisadi gücü sayılır.
İki ölkə liderləri arasında sabah bir çox önəmli məsələlər müzakirə ediləcək. Rusiyanın həm Cənubi Qafqaz, həm də Türküstan istiqamətində gün-gündən artan təhdidləri fonunda Türkiyə-Qazaxstan məsləhətləşmələri kritik əhəmiyyət daşıyır.
Türk dövlətləri arasında hərbi, iqtisadi, siyasi əlaqələr daha da gücləndirilməlidir.
Atatürkün portreti isə böyük Türk birliyinin əsas hədəf olmalı olduğunu göstərir.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi
