ELAZ.İNFO xəbər verir ki, 2025-ci ildə dünyanın bütün ölkələrinin dövlət borclarının cəmi $111 trilyon və ya dünya üzrə ÜDM-in 94,7%-ni təşkil edib. Ötən ilə nəzərən dövlət borcları $8,3 trilyon artıb.
Bu borcun 34,5%-i ABŞ-ın, 16,8%-i Çinin payına düşür. Başqa sözlə, dünya borcunun yarıdan çoxu bu iki ölkəyə məxsusdur.
4 ilə yaxındır müharibə aparan Rusiyanın dövlət borcu cəmi 0,53% təşkil edib.
Kollektiv Qərbin borcu ~65%-dir. Yəni dünya əhalisinin 10%-nin yaşadığı ölkələr 90-nin yaşadığı ölkələrdən 2 dəfə çox borc yığıblar. Bu o deməkdir ki, Kollektiv Qərb indiki həyat səviyyəsini zəhmətinə görə yox, borca görə saxlayır. Borcu isə nə vaxtsa qaytarmaq lazımdır. Hazırkı iqtisadi vəziyyətlə Qərbin bu boyda borcu nə vaxtsa qaytara bilməsi mümkün deyil.
Lakin qaytarmağın bir yolu var: Rusiyanı və ya Çini parçalayıb “həzm etmək!
Bütün digər yolların isə bir adı var: “atmaq”.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
