Qarpızın içinə narkotik yerləşdirildi

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya aparılan qarpız yükü Astara Gömrük İdarəsinin əməkdaşlarının diqqətindən yayınmayıb.

Aparılan əsaslı baxış zamanı 12 ədəd qarpızın içərisində xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 27 kiloqram 845 qram olan həşiş aşkar edilərək dövriyyədən çıxarılıb. Qanunsuzluq ifşa olunub, təhlükə vaxtında zərərsizləşdirilib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights