“Qarabağ”ın tarixi Çempionlar Liqası macərası başa çatdı: “Nyu-kasl” mərhələni keçən tərəf oldu

Azərbaycan futbolunun flaqmanı “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyu-kasl”la cavab qarşılaşmasına çıxıb. Tarixində ilk dəfə bu turnirin pley-off mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi nüfuzlu yarışla vidalaşmalı olub.

ELAZ.İNFO xəbər verir ki, Londonda, “Sent-Ceyms Park” stadionunda baş tutan gərgin oyunda meydan sahibləri 3:2 hesablı çətin qələbə qazanıblar. “Nyu-kasl”ın heyətində Sandro Tonali (4-cü dəqiqə), Joelinton (6) və Sven Botman (52) fərqləniblər. “Qarabağ”ın qollarını isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) rəqib qapısından keçirib.

Qeyd edək ki, oyunun 57-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç penaltidən yararlana bilməyib. İlk görüşdə İngiltərədə qeydə alınan 6:1 hesablı məğlubiyyəti də nəzərə alsaq, ümumi 9:3 hesabı ilə “Nyu-kasl” 1/8 finala yüksəlib.

Mütəxəssislər “Qarabağ”ın bu mövsümkü çıxışını Azərbaycan futbolu üçün böyük nailiyyət kimi qiymətləndirirlər. “Atlılar” Çempionlar Liqasının ümumi mərhələsini adlayan ilk və yeganə Azərbaycan klubu kimi tarixə düşüblər. Ümumi mərhələni 10 xalla 22-ci pillədə başa vuran təmsilçimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights