Qarabağın elektrik təchizatı yenidən qurulur

Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərində elektrik təsərrüfatı üzrə yenidənqurma işləri aparılacaq.

ELAZ.İNFO xəbər verir ki, daxili və xarici elektrik təchizatının tam yenidənqurulması işləri Ağdərənin Aşağı Oratağ, Çapar, Dəmirli və Xocalının isə Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndlərini əhatə edəcək.

Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərin icrasını yekunlaşdırıb.

“Şans Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 10,9 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 215 010 manat olan şirkətin qanuni təmsilçisi Orucov Vüqar Bayram oğludur..

elaz.info

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights