Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

-“Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı – Əməkdaşlıq Forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar baş tutub. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq”.

Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

O, bildirib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək. Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü bildirib: “Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”.

ELAZ.İNFO

Bizimlə oxuyun
Verified by MonsterInsights