Qar voleybolu üzrə ölkə kuboku keçirilib

ELAZ.İNFO xəbər verir ki, Qar voleybolu üzrə ölkə kuboku keçirilib. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışda qadınların mübarizəsində bütün oyunlarda qalib gələn “Gəncə” komandası (4 qələbə, 12 xal) birinci yeri tutub. “Milli” (3 qələbə, 8 xal) ikinci, “AZERRAIL” (2 qələbə, 6 xal) isə üçüncü olublar.

Kişilərin yarışında finalda “AZERRAIL” “Qaraqaya” üzərində 2:0 hesablı qələbə qazanaraq ölkə kubokunun sahibi olub. Bürünc medal uğrunda görüşdə isə “Baku Fires” komandası “Gənclər”ə 2:0 hesabı ilə qalib gəlib.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights