Qanuna dəyişikliklər təsdiqlədi

ELAZ.İNFO xəbər verir ki,Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi.

Yeni dəyişikliklərə əsasən, internet və sosial şəbəkələrdə ictimai mənəviyyata zidd, cəmiyyətə açıq hörmətsizlik yaradan məzmunların yayılması rəsmi şəkildə qadağan olunur.

Qadağan edilən paylaşımlar bunlardır:
İctimai mənəviyyatı təhqir edən məzmunlar
Cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış və ifadələr
Əxlaqa zidd sözlər, mimikalar və jestlər
Bədənin hissələrinin milli və mənəvi dəyərlərə zidd formada nümayişi

Cəza tədbirləri isə belədir:
İlk pozuntu: 500–1000 manat cərimə
Təkrar pozuntu (1 il ərzində): 1000–2000 manat cərimə
İnzibati həbs:
İlk pozuntuda – 30 günədək
Təkrar hallarda – 1–2 ayadək

Məqsəd: rəqəmsal mühitdə etik davranışın qorunması, milli-mənəvi dəyərlərə hörmətin gücləndirilməsi və cəmiyyətin mənəvi təhlükəsizliyinin təmin olunmasıdır.

Qanun artıq qüvvədədir və bütün internet istifadəçilərinə şamil olunur.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights