Site icon

Qalibaf: -“Problem nəzəriyyədə deyil, düşüncədədir”

ELAZ.İNFO xəbər verir ki, dünən İran parlamentinin sədri, İranın ABŞ-la danışıqlar qrupunun rəhbəri M.B.Qalibaf 2 tvitlə ABŞ-ın maliyyə naziri Skott Bessenti və müharibə naziri Pit Heqseti lağa qoyaraq, onların İranın blokadasına bəslədiyi ümidlərini puç edib.

Blokada nəticəsində neftini ixrac edə bilməyəcək İranın quyularının 3 günə partlayacağını (sıradan çıxacağını) deyən Bessentə:

“3 gün keçdi – bir quyu da partlamayıb. 30 günə qədər uzada və quyulardan canlı yayım aça bilərik.

Bu ABŞ administrasiyasının həmçinin blokada nəzəriyyəsini təbliğ edən və neft qiymətlərini artıq $120-dan yuxarı qaldıran məhz Bessent kimi insanlardan aldığı faydasız məsləhətdir. Növbəti dayanacaq $140-dır. Problem nəzəriyyədə deyil, düşüncədədir.”

Blokadanı təşkil edən Heqsetə (P.S. hissəsi lap ələ salmaqdır):

“Əgər bütün ABŞ ərazisində iki divar tiksəydiniz – biri Nyu-Yorkdan Qərb Sahilinə, digəri isə Los-Ancelesdən Şərq Sahilinə, onların ümumi uzunluğu 7755 km təşkil edər və İranın ümumi sərhədlərindən, təxminən, 1000 km qısa olardı. Belə sərhədləri olan bir ölkənin blokadaya almaqda uğurlar.

P.S. Pit Heqsetə: 1 km = 0,62 mil”

İran ABŞ-ı hərbi əməliyyatları bərpa etməyə təhrik edir?

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Exit mobile version