Qalib QHT-lər üçün infosessiya keçirildi

ELAZ.İNFO xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu gün Bakı Konqres Mərkəzində 2025-ci il qrant müsabiqəsinin qalibləri üçün infosessiya keçirildi.  

İnfosessiyada QHT-lərin qarşısında duran tapşırıq və vəzifələr, QHT sektorunda gözlənilən islahatlar, layihələrin icrası ilə bağlı tələblər və s. barədə məruzələr oxundu.

Aidiyyatı üzrə sualları olan QHT rəhbərlərinin sualları cavablandırıldı.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva və digər aidiyyəti dövlət qurumlarının məsul şəxsləri iştirak edirdi.

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights