ELAZ.İNFO xəbər verir ki, “Qalatasaray” UEFA Çempionlar Liqası mərhələsinin ilk həftəsində Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə qarşılaşıb.
Deutsche Bank Parkda keçirilən görüş Frankfurtluların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin qollarını 37 və 66-cı dəqiqədə Davinson Sançez (k.k.), 45+2-ci dəqiqədə Can Uzun, 45+5-ci dəqiqədə Burkardt, 75-ci dəqiqədə Knauff vurub. “Qalatasaray”ın yeganə xalı 8-ci dəqiqədə Yunus Akgündən gəlib.
Bu nəticə ilə Frankfurt 3 xalla Çempionlar Liqası mərhələsində birinci yerə yüksəlib. Çempionlar Liqasına xalsız başlayan “Qalatasaray” hazırda 35-ci yerdədir.
Məlumat üçün bildirək ki, “Qalatasaray” Çempionlar Liqasının ikinci həftəsində sentyabrın 30-da RAMS Parkda “Liverpul”u qəbul edəcək. Frankfurt eyni tarixdə Atletiko Madridə səfər edəcək.
İslam MAHMUDOV