Dünya birliyinin diqqəti Yaxın Şərqdəki münaqişənin həlli üçün Misirdə keçirilən kritik görüşlərə yönəlib.
ELAZ.İNFO xəbər verir ki, bu gün Qahirədə beynəlxalq vasitəçilərin iştirakı ilə tərəflər arasında humanitar atəşkəs planı müzakirə edilib. Əldə olunan ilkin məlumata görə, mülki əhalinin təhlükəsiz zona çıxarılması və yardımların çatdırılması üçün 48 saatlıq müvəqqəti “sakitlik rejimi”nin tətbiqi barədə razılıq əldə olunub. ABŞ Dövlət Departamenti və Avropa İttifaqı rəsmiləri bu addımı sülhə doğru irəliləyiş kimi qiymətləndiriblər. Regionda gərginlik qalsa da, diplomatik kanalların açıq olduğu vurğulanır.
Ruslan MƏMMƏDOV