Qafqazda hərbi topoqrafiya üzrə general-mayor -İbrahim ağa Vəkilov

ELAZ.İNFO xəbər verir ki, bu gün topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət -İbrahim ağa Vəkilovun dünyaya gəldiyi gündür.

İbrahim ağa Vəkilov Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur.

Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atası İbrahim ağa Vəkilovun doğum günüdür.

Allah rəhmət etsin!

İbrahim ağa Vəkilov 1853-cü il oktyabrın 16-da keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur.

Məlumat üçün bildirək ki, 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov vəfat etmişdir.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights