ELAZ.İNFO, BAKI, 05.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın ilk və hazırki dövlət himninin mətninin müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük milli şair Əhməd Cavad 1892-ci ilin 5 may tarixində dünyaya gəlib.
O, 1912-ci ildə İstanbulda “Qafqaz könüllüləri” tərkibində yadellilərə qarşı döyüşlərdə iştirak edib.
Bakıda “Qoşma”, “Dalğa” adlı ilk şeirlər məcmuələri, eləcə də “Türk dilinin sərf nəhvi” dərsliyi çıxan Əhməd Cavadın Azərbaycan Dövlət Universitetinin təşkilində də yaxından iştirakı olub.
Sovet hakimiyyəti illərində Qusar və Quba rayonlarında müəllimlik edib.
Sonralar repressiyaya məruz qalaraq güllələnib. (1892-1937).
Əli İBRAHİMOV