Qadın İrandan gələn 10 kq narkotik vasitə ilə saxlanılıb.

ELAZ.İNFO xəbər verir ki,Polis Xəzər rayonunda əməliyyat keçirib, İrandan gələn 10 kq narkotik vasitə aşkarlayıb.

 DİN-in mətbuat xidmətindən bildirilir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights