Qadın futbolçulara İrana qayıtdıqları halda saxlanılma və ya cəza risqi var

ELAZ.İNFO xəbər verir ki, İran qadın futbol yığmasının beş oyunçusu Asiya Kuboku yarışlarında iştirakdan sonra Avstraliyada qalaraq sığınacaq istəyib.

Asiya Kubokunda iştirak etmək üçün Avstraliyaya səfər edən İran qadın futbol yığmasının beş üzvü yarışların başa çatmasından sonra polisə müraciət edərək sığınacaq istədiklərini açıqlayıb.

Beynəlxalq media məlumatlarına əsasən, bu futbolçular Fatimə Pəsəndidə, Zəhra Qənbəri, Zəhra Sərbali, Atifə Ramazan-zadə və Mona Həmudidir. Bildirilir ki, onlar polisə müraciətdən sonra qoruma altına alınıb və sığınacaq üçün rəsmi müraciət ediblər.

Sözardı: Komandanın oyunlarından birində bəzi futbolçular İranın rəsmi himnini oxumayıb. Bu addım bir çox müşahidəçi tərəfindən siyasi etiraz kimi qiymətləndirilib. Bundan sonra İranın hökumətə yaxın media qurumları sərt reaksiyalar verərək bəzi oyunçuları tənqid edib.

Məlumatlara görə, həmin beş futbolçu Avstraliya polis orqanlarına müraciətdən sonra humanitar viza üçün də ərizə verib. Avstraliya rəsmiləri isə bildiriblər ki, onların müraciətləri hazırda araşdırılır və yekun qərar verilənədək oyunçular qoruma altında saxlanılır.

Bununla yanaşı, Avstraliya hökuməti bildirib ki, əgər komandanın digər üzvləri də oxşar müraciət etsə, onların müraciətlərinə də baxıla bilər.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights