ELAZ.İNFO xəbər verir ki, “Qaçaq Nəbi” tamaşası üç aylıq intensiv məşqlərdən sonra və 100-dən çox sənətçinin iştirakı ilə 28 noyabrdan bəri səhnələşdirilir.
Tamaşa Şəhram Əhmədinin rejissorluğu ilə Təbrizdəki 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksinin İqbal-Azər zalında ərsəyə gəlir.
Tamaşa haqqında düşüncələrini bölüşən Şəhram Əhmədi tamaşanın Azərbaycanın tarixi və folklor hekayələrinə əsaslandığını bildirib.
Rejissor tamaşanın 100 dəqiqə davam etdiyini bildirib.
Qeyd edək ki, tamaşanın səhnələşdirilməsi bir ay davam edəcək.
Emin AZƏRİ Ərdəbil


