Azərbaycanın şimal-qərb bölgəsi, xüsusən də Alazan (Qanıxcay) vadisində aparılan arxeoloji tədqiqatlar zamanı çay dərəsindəki kanyonlara oyulmuş sığıncaqların mövcudluğu aşkar olunmuşdur. Xüsusilə Qax rayonu Qarabulaq adlanan ərazidə Ağyazı arxeoloji abidələr qrupuna aid edilən bir sıra belə sığınacaqlar vardır. Tarixçilər bu sığinacaqların hələ eramızın əvvəllərındə burada yaşayan insanlar tərəfindən yaradıldığını qeyd edirlər. Qafqaz Albaniyasında xristianlığın yayılması dövründə buraya gondərilmiş suriyalı rahiblərin də bu sığıncaqlarda yaşayaraq xristianlığı təblığ etdiklərinə dair məlumatlara da rast gəlinir. Qarabulaq ərazisində Suriyadan gəlmiş Xırsalı (Qax rayonunda yasayış məntəqəsi) istifanus (Stepannos) adlanan rahibin fəaliyyətinin də bu sığinacaqlardan başlandığına dair ehtimallar mövcuddur.Sonralar bu sığınacaqlar müxtəlif məqsədlər üçün istifadə olunmuşdur.XX əsrin əvvərində Çar Rusiyasına qarşı çıxış edən üsyançıarın daldalanacaq yerləri kimi istifadə olunduğundan yerli əhali bu sığinacaqları “Qaçaq evləri”də adlandırmışdır.
Bu cür abidələr Güney Azərbaycanının Təbriz şəhəri yaxınlığında hələ də qorunub saxlanmaqdadır.