ELAZ.İNFO, BAKI, 06.05.2025.
ELAZ.İNFO xəbər verir ki, İsrailin Qəzzaya hücumu intensivləşəcək. Bununla bağlı məlumat yayan İsrailin Ynet agentliyi bildirir ki, Netanyahu deyib ki, “Qəzzaya hücum intensivləşəcək, ələ keçirilən ərazilərdən geri çəkilməyəcək”.
Baş nazir deyib ki, “hərbi əməliyyatları gücləndirmək qərarı gecə saatlarında təhlükəsizlik rəsmiləri ilə görüşdən və İDF rəisi Zamirin tövsiyəsindən sonra verilib.
Netanyahu əlavə edib ki, “O inanır ki, bu, həm də girovları xilas etməkdə bizə kömək edəcək. Mən onunla razıyam”.
İctimaiyyətə açıqladığı video bəyanatda Netanyahu qərarın təhlükəsizlik kabinetinin gecə saatlarında keçirilən iclasından sonra İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin tövsiyəsi ilə verildiyini bildirib.
Natəvan BƏYDİLİ