ELAZ.İNFO xəbər verir ki, İsrail ordusu Qəzzada Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücum edib. Tanınmış müxbir Ənəs Şərif də daxil olmaqla, “Əl-Cəzirə”nin beş jurnalisti öldürülüb.
Qəzzadakı Şifa xəstəxanasının rəsmilərinin verdiyi məlumata görə, İsrail ordusu xəstəxananın yaxınlığında jurnalistlərin yaşadığı çadırı hədəf alıb.
Hücum nəticəsində Qəzzada çalışan ən nüfuzlu jurnalist hesab edilən Əl-Cəzirə müxbiri Ənəs əl-Şərif və Məhəmməd Qurayka da daxil olmaqla üç operator həlak olub.
İsrail ordusu Ənəs əl-Şərifin öldürüldüyünü təsdiqləyib.
İsrail ordusunun bəyanatında Şərifin “HƏMAS-da hüceyrə lideri kimi xidmət etdiyi və İsrailə qarşı raket hücumları planlaşdırdığı” üçün hədəf alındığı iddia edilib.
İlahə BAYINDIR