Qəzza -ölüm düşərgəsindən reportaj

ELAZ.İNFO xəbər verib ki, Amerikalı veteran, bu ilin yanvarında istefaya çıxmış polkovnik-leytenant Toni Aquilar məşhur jurnalist Taker Karlsona müsahibə verib. O, 3 y müddətində Qəzza Humanitar Fondu (QHF) tərəfindən Qəzzada humanitar yardım paylanmasında iştirak edib və orada baş verən dəhşətləri öz gözləri ilə görüb. Gördüklərini gizlətməyə vicdanı yol verməyib.

Toni Aquilar bildirib ki, “Əvvəllər Qəzza zolağında BMT-nin 400 humanitar yardım məntəqəsi (HYM) var idi. İsrail onların hamısını ləğv edib. Bu ilin mayında 4 HYM yaradılıb. Təsəvvür edirsiniz – 2 milyon adam üçün cəmi 4 HYM!

Onlardan 3-ü Qəzzanın cənub-qərbində Misir sərhədi yaxınlığında bir-birindən 150-200 metr məsafədə yaradılıb. Onlar İsrail ordusunun yerləşmə məntəqələrinin yaxınlığındadır. Buralar İsrailin “Gideonun döyüş arabası” əməliyyatı apardığı ərazidir. 4-cü HYM isə Qəzzanın mərkəzi hissəsində İsrail ordusunun tank bölüyünün yaxınlığında yaradılıb. Yəni HYM-lər İsrail ordusunun fəal döyüş əməliyyatları apardığı ərazilərdə yaradılıb. Belə bir ərazidə HYM açmaq Cenevrə konvensiyasına, Beynəlxalq humanitar hüquqa ziddir. Bu hərbi cinayətdir və ABŞ bu cinayətin iştirakçısıdır”.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights