ELAZ.İNFO xəbər verir ki, Reuters-in əldə etdiyi GHF Amerika qrupunun loqotipi olan sənədə əsasən fələstinlilərin böyük əksəriyyəti Qəzzadan köçürüləcək. Köçürülənlər üçün başqa ölkələrdə, qalanlar üçün isə Qəzza daxilində “humanitar tranzit zonaları” adlandırılan düşərgələr yaradılacaq. Hər birində yüz mindən çox adamın yerləşəcəyi 8 belə düşərgə tikiləcək. Layihənin ümumi dəyəri $2 milyarddır.
Çoxunuz bilirsiniz, yəqin: anqlosakslar Amerika hindularına qarşı soyqırım apardıqdan sonra torpaqlarına sahib çıxıb, sağ qalanlarını rezervasiyalara yerləşdirdilər. Fələstinlilərə qarşı da eyni siyasəti tətbiq etməyə hazırlaşırlar.
Qəzza onsuz da həbs düşərgəsi idi, sadəcə, indi bu torpaqlar ağlara çox lazımdır:
Güman edirəm ki, düşərgələri Suriyanın İsrail nəzarətində olan cənub ərazilərində tikdirəcək və sonra fələstinliləri Colaninin quldurlarına qırdıracaqlar:
-Bəs boşalmış Qəzzada nə edəcəklər?

Sən demə, Qəzzadan necə pul qazanmaq layihəsi çoxdan hazır imiş. Bu layihə (şəkildə) ABŞ-İsrail sifarişi əsasında Britaniyanın sabiq baş nazirinin təsis etdiyi Toni Bler İnstitutu tərəfindən hazırlanıb.
Qəzzanın bərpası layihəsi fantastik görünür. Burada Hindistandan Avropaya IMEC layihəsinin Qəzzadan keçəcək infrastrukturu, “Tramp Rivyera” istirahət və əyləncə zonası, “Mask Ağıllı Sənaye Zonası” (yəqin ki, artıq Mask sözü çıxarılacaq), azad ticarət zonası yaratmaq, Qəzzadakı bütün torpaqları tokenləşdirmək və layihənin dəyərini $320 milyarda çatdıraraq, blokçeyn vasitəsilə investorlara satmaq planlaşdırılır.
Fələstinlilərin köçməsi üçün onların hər birinə $9000 vermək nəzərdə tutulub. Əlbəttə, bu cüzi xərclərə də qənaət etmək üçün indidən daha çox fələstinli öldürülməlidir.
Layihələrin (fələstinlilərin köçürülməsi və Qəzzanın bərpası) həyata keçirilməsi üçün tələb olunan $350 milyarda yaxın sərmayəni isə, əlbəttə ki, ərəb şeyxləri qoymalıdırlar.
Az qala hər qarışı qanla suvarılmış Qəzza ərazisində əyləncə mərkəzləri tikmək yalnız anqlosaksların və sionistlərin ağlına gələ bilər.
Asif ŞƏFƏQQƏTOV