Qəzəblə qalxan itki ilə oturar

İnsan qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün müxtəlif üsullar inkişaf etdirir. Amma bunların arasında sonradan ən çox peşman olduğu rəftar hirsləndiyi zaman sərgilədiyi rəftar olur.

Haqlı olsa belə, nəzarətdən çıxmış, qəzəblə hərəkət edən insanın zehni həmişə arxa planda qalacaq və o insanın haqsız  hərəkət etməsi demək olar ki, qaçılmazdır. Bu nəzarətsizlik o anda hesablanması mümkün olmayan bir sıra xətalara səbəb ola bilər. Bəzi səhvlər var ki, onları kompensasiya etmək mümkün deyil. Xüsusilə, bu tip səhvlər insanı qəzəbə səbəb olan hadisədən daha çox incidə bilər. Daha sonra peşman olmamaq üçün şiddətli reaksiya verə biləcəyi anlarda belə uzaqgörənliyi itirməmək vacibdir.

Beləliklə, ədaləti və bağışlamağı üstün tutan bir rəftar Allahın rizasına ən uyğun davranış olacaqdır. Uca Rəbbimiz bu mövzuda belə buyurur:

-“Yaxşılıq və şər eyni deyil. Pisliyi ən gözəl şəkildə dəf et. Birdən aralarında düşmənçilik etdiyin adamın yaxşı dost olduğunu görərsən”. (Fussilət, 41/34) deyir.  

Ali KAMAL MABOÇOĞLU

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights