Qərbdəki trendlər bizə bir az gec çatır

Artur Şopenhauer deyirdi:

-“Həqiqət üç mərhələdən keçir: əvvəlcə lağa qoyulur, sonra şiddətlə müqavimət göstərilir və nəhayət, əvvəldən məlum kimi qəbul edilir.”

Rusiyanın Ukraynada Qərblə müharibədə qalib gələcəyi fikri də eyni mərhələləri keçir:

-2023-cü ilin ortalarınadək bütün Qərb 1-ci mərhələdə idi.

– Ondan sonra aralarında daha praqmatik olanları 2-ci mərhələyə keçməyə başladı. 2024-cü ildən isə bütün Qərb 2-ci mərhələyə keçdi.

– Hazırda ABŞ-da bir çox qüvvələr artıq 3-cü mərhələyə keçiblər. Avropa isə kiçik istisnalarla hələ də 2-ci mərhələdədir. Hərçənd Fransa son günlər 3-cüyə keçməyə cəhdlər göstərir. Məncə, 2026-cı ilin sonuna yaxın hamısı 3-cü mərhələyə keçəcəklər. O vaxtacan isə həqiqətə daha da sərt müqavimət göstərməkdə davam edəcəklər.

Bizim ictimaiyyətdə də vəziyyət eynidir. Sadəcə, hər şeydə olduğu kimi, Qərbdəki trendlər bizə bir az gec çatır.

– Bizimkilər 1-ci mərhələdən 2024-cü ilin sonunda çıxdılar (düzdür, hələ indi də orada qalan azlıq var).

– Hazırda mütləq əksəriyyəti 2-ci mərhələdədir və 3-cü mərhələyə keçənləri daşqalaq etməyə hazırdırlar.

– 2 il sonra (gecikirik axı) 90%-i 3-cü mərhələyə keçəcək və deyəcəklər ki, biz elə əvvəldən belə olacağını bilirdik.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights