ELAZ.İNFO xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin artıq Bakı səfəri başlayıb. Xarici ölkələrə səfər proqramı çərçivəsində Mixeil Kavelaşvilinin ilk olaraq qonşu Azərbaycanı seçməsi iki qonşu ölkə arasında yaxınlaşma və dost münasibətlərindən irəli gəlir.
Qərbin hədə-qorxularına, təhdidlərinə rəğmən tutduğu mövqedən geri çəkilməməsi Gürcü Prezidentin prinsipial mövqeyindən və sarsılmaz iradəsindən xəbər verir. Avropanın diqtəsi ilə oturub durmağı qəbul etməyən Mixeil Kavelaşvilini Qərb “Rusiya casusu” adlandırır və Ona qarşı barışmaz mövqe sərgiləyir. Regionda qarşılıqlı anlaşma münasibətlərinə üstünlük verən Mixeil Kavelaşvili bütün sahələrdə Avropadan uzaq davranmağa çalışır. Bu uzaqlaşma isə Qərbi hiddətləndirir.
Məlumat üçün bildirək ki, bu barədə Gürcüstan mənbələrimizə istinadən xəbər vermişdik.
İlahə BAYINDIR