Qənbər Əhmədlinin 75 illik yubileyi keçirilib

ELAZ.İNFO xəbər verir ki, şair, publisist, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin “Mədəniyyət, Ədəbiyyat, Bədii yaradıcılıq məclisi”nin sədri, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, dəyərli ziyalı Qənbər Əhmədlinin 75 illik yubileyi keçirilib.

Tədbirdə şairin “Şairəm mənim də, sözüm var” adlı kitabı da təqdim edilib.

Mərasimdə Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev, partiyanın başqan müavini Ehtiram Mehtiyev, MCP-nin İmişli təşkilatının rəhbəri, şair Sərvaz Əsgərli, ədəbiyyat, media nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak ediblər.

Atatürklə Ulu öndər babamız,
Azərbaycan türk qanıdır qanımız.
İki dövlət bir millət ünvanımız,
Bizim odlar yurdu qədim cahandır,
Qarabağ bizimdir, Azərbaycandır.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights