Norveç”in “Bryune” klubu ölkə çempionatının ilk turunda “Bude-Qlimt”ə qalib gəlib (1:0).
Qarşılaşmanın ən yaxşı oyunçusu “Bryune”nin qapıçısı Jan de Bur seşilib. Ona mükafat olaraq dörd paket (120 ədəd) yumurta verilib.
Azərbaycanda heç kimə lazım olmayan vecsiz bir komandanın sabiq baş məşqçisi ürəyi “dağlana-dağlana” deyirdi ki, bizim yiyəmiz yoxdur, qələbəyə görə cəmi 500 manat mükafat verilir. Azərbaycanda 500 manat üçün bir ay hər gün 12 saat işləyənlər var. Azərbaycanda futbol yoxdur, amma “futbolçuları” avropalı futbolçulardan qat-qat yaxşı yaşayırlar.
Natiq MUXTARLI