ELAZ.İNFO xəbər verir ki, Əli Xaməneinin Fars əyalətindəki nümayəndəsi və Şiraz şəhərinin cümə imamı Lütfüllah Dejkam İranın son və əsas qələbəsinin vaxtını açıqlayıb.
“Müsəlmanların batil cəbhəsi üzərində son qələbəsinə nail olmaq üçün biz İmam Zamanın zühurunu gözləməliyik”,- cümə imamı deyib.
Buna inanmayanları axmaq adlandıran Dejkam, bunun yaxın gələcəkdə reallaşacağına söz verib.
“Netanyahu və Tramp kimi bədbəxt insanlar bu hadisənin baş verməyəcəyini düşünürlər, ancaq biz inanırıq ki, tezliklə Zamanın İmamının zühurunun şahidi olacağıq”,- Xaməneinin nümayəndəsi vurğulayıb.
Emin AZƏRİ Ərdəbil