Qəbul imtahanında saxtakarlıqlara görə M.Abbaszadə cavab verməlidir!

Deməli DİM rəhbəri özü riyaziyyatçı olduğu üçün qəbul imtahanına riyaziyyat fənnindən təqdim olunan suallardan birinin səhv olduğunu 1 gün sonra etiraf edib, abituriyentlərin xeyrinə doğru olaraq qeyd ediləcəyini bəyan edir. Lakin bu adamın nə özünün, nə də komandasının 25 mayda keçirilmiş qəbul imtahanında tarix fənnindən bir yox, bir neçə səhv sualın olmasını etiraf etmək üçün nə savadı çatır, nə də vəzifədə uzunmüddət qalmaq eqosu!

M.Abbaszadə həm də siyasətçi imiş… Onun haqqında vikipediyada riyaziyyatçı və siyasətçi olduğu qeyd edilib.

Əslində DİM-in səhv suallarına ilk olaraq hansısa repititor və ya tarix müəllimi yox, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi etiraz etməliydi. Amma indiyədək heç bir etiraz olmayıb…

Nəticədə bu adamın rəhbərlik etdiyi DİM Azərbaycan tarixini saxtalaşdırmaqda Ermənistanla yarışmağa davam edir!

Ramin ƏLİZADƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights