Qəbul başladı

ELAZ.İNFO xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  məlumatına əsasən bu gündən etibarən ölkə üzrə bütün şəhər və rayonların ümumi təhsil müəssisələrində uşaqların birinci sinfə elektron qəbulu prosesinə start verilir. Məlumatda deyilir ki, 2025–2026-cı tədris ili üzrə Azərbaycan bölməsində prioritetli mərhələdə mayın 6-dan iyunun 5-dək Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə məktəb və müəllim seçimi aparılacaq. Qeyri-Azərbaycan dil sektorlarına müraciət edənlər isə iyunun 17-dən iyulun 17-dək seçimlərə qatılacaqlar. Sonrakı mərhələlərdə isə prioritet statusu olmayan təhsil ocaqlarına qəbul başlayacaq. Bütünlükdə qəbul müddəti sentyabrın 12-dək davam edəcək.

Onu da bildirək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minlik kontingent məktəbəhazırlıq qrupundan avtomatik şəkildə I sinifə adlayıb.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə qəbul prosesinə qatıla bilərlər.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights