ELAZ.İNFO– Qəbristan bizim həyat tərzimizin daşlaşmış abidəsidir. Yəqin, hamı qəbiristanda məzarların necə xaotik yerləşdirildiklərini müşahidə edib. Xristian ölkələrində naməlum adam üçün qəbristanda hər hansı məzarı tapmaq çox asandır: sıra və yer nömrəsini bil – kifayətdir. Bizdə sıra və yer barədə düşünmək belə ağlagəlməzdir. Bəzən hətta başqalarının məzarlarını ayaqlamadan istədiyin məzara heç yaxınlaşa bilmirsən…
Bizdə kəndlərdə evlərin və küçələrin yerləşməsinə də diqqət etməmiş olmazsınız. Elə bil, kim harda istəyib, həyət salıb və sonra yol haqqında fikirləşib…
Demək olar ki, bütün işlərimiz belədir – hər hansı işə başlayarkən sabaha, birigünə plan qurmaq sanki ağlımıza gəlmir. Bəlkə də bütün bəlalarımızın səbəbi elə budur – sabahı düşünməmək, bu günlə yaşamaq! Gələcəyini düşünməyənin plana ehtiyacı olmur.
“Dünya beş günlükdür!” fəlsəfəsi ilə əkdiyimizi biçirik hər gün.
Asif ŞƏFƏQQƏTOV