Qəzzada 5 jurnalist öldü

ELAZ.İNFO xəbər verir ki, İsrail ordusu Qəzzada Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücum edib. Tanınmış müxbir Ənəs Şərif də daxil olmaqla, “Əl-Cəzirə”nin beş jurnalisti öldürülüb.

Qəzzadakı Şifa xəstəxanasının rəsmilərinin verdiyi məlumata görə, İsrail ordusu xəstəxananın yaxınlığında jurnalistlərin yaşadığı çadırı hədəf alıb.

Hücum nəticəsində Qəzzada çalışan ən nüfuzlu jurnalist hesab edilən Əl-Cəzirə müxbiri Ənəs əl-Şərif və Məhəmməd Qurayka da daxil olmaqla üç operator həlak olub.

İsrail ordusu Ənəs əl-Şərifin öldürüldüyünü təsdiqləyib.

İsrail ordusunun bəyanatında Şərifin “HƏMAS-da hüceyrə lideri kimi xidmət etdiyi və İsrailə qarşı raket hücumları planlaşdırdığı” üçün hədəf alındığı iddia edilib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights