ELAZ.İNFO xəbər verir ki, bir neçə ildir davam edən genişmiqyaslı quraqlıq, su ehtiyatlarından səmərəsiz istifadəsinə görə Qəzvin düzənliyi bioloji çöküş həddinə çatıb.
Meteorologiya Təşkilatının məlumatlarına görə, Qəzvin əyalətində orta yağıntı miqdarı 36-57 millimetrə çatıb ki, bu da uzunmüddətli orta göstərici ilə müqayisədə 30-50 faiz azdır. Kənd təsərrüfatında səmərəsiz idarəetmə və hökumətin kəndtəsərrüfatı məhsullarında ölkənin özünütəmin etməkdə israr etməsi son quraqlığın dağıdıcı nəticələrini daha da artırıb
Ətraf mühit üzrə ekspert Mahmud Davəran Mehr Xəbər Agentliyinə verdiyi müsahibədə Qəzvin düzənliyinin su ehtiyatlarının 83 faizinin kənd təsərrüfatında istifadə olunduğunu bildirib. Həmçinin, ətraf mühit üzrə tədqiqatçı Fatimə Sədri Mehr Xəbər Agentliyinə verdiyi müsahibədə Qəzvin düzənliyinin yarımsəhraya çevrildiyini qeyd edib.
Xatırladaq ki, Azərbaycanın kifayət qədər su ehtiyatlarına malik yaşayış üçün yararlı əraziləri quraqlıq səbəbindən məhv edilərək tədricən səhralara və yarımsəhralara çevrilərkən hökumət Oman dənizindən ölkənin farslar yaşayan bölgələrinə su kanalları çəkir.
N.B