“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

ELAZ.İNFO xəbər verir ki, iyunun 10-da “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib. Final mərhələdə 36 nəfər məktəbli iştirak hüququ əldə edib.

İştirakçılara Qərbi Azərbaycan tarixi və mədəniyyətinə dair müxtəlif sahələri əhatə edən suallar təqdim edilib.
 

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilir. 

IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights