Bizi nə gözləyir

ELAZ.İNFO, BAKI, 19.05.2025.

Uzaq yoldan gələn səyyah yorğun addımlarla yeriyərkən qəflətən qarşısına çıxan vəhşi heyvanın qorxusundan büdrədi. Ömrünün ümidsizliyi ilə özünü qarşısında görünən qaranlıq quyuya atdı.

Yıxılan zaman quyunun divarında bitən bir budaq görüb, ondan yapışdı. Vəhşi heyvandan xilas olmuşdu, amma tutduğu budağı ağ-qara siçan dişləyirdi. Quyunun dibində nəhəng bir əjdaha ağzı açıq halda ovunun düşməsini gözləyirdi.

Yazıq səyyah qorxu içində çarə axtarmağa başladı. Elə bu anda gözləri ağlını başından alan bal pətəyini tutdu. Hər şeyi unudub balın dadına təslim oldu. Fikri balla məşğul olan yazıq, vəziyyətinin nə ilə nəticələnəcəyini heç düşünmürdü.

Nəhayət, dişlənmiş budaq sındı və  səyyah quyunun dibinə düşüb məhv oldu.

Ferudiddin Əttarın fikrincə, quyu dünya həyatını, əjdaha eqoist sifətləri, bal aldadıcı fani ləzzətləri, ağ və qara siçanlar isə keçib gedən fani həyatı təmsil edir. Hər birimiz bu imtahan dünyasına gəlmiş bir müsafirik və əgər qəflət edəriksə, bizi gözləyən şey fəlakətdən başqa bir şey olmayacaqdır.

Ali Kamal MABOÇOĞLU -Türkiyə

Verified by MonsterInsights