Putinin şərtləri ilə bağlı detalları açıqlandı

ELAZ.İNFO xəbər verir ki, “Reuters” agentliyi Putinin şərtləri ilə bağlı detalları açıqlayıb. Həmin məlumata əsasən, Putinin tələblərini təqdim edirik:

1. Ərazi mübadiləsi

Ukrayna Donetsk və Luqansk vilayətlərindən tamamilə geri çəkilməlidir.

Əvəzində Rusiya Sumı və Xarkov vilayətlərində işğalda saxladığı kiçik əraziləri geri qaytarmağa hazırdır.

2. Krımın tanınması

Rusiya Krım üzərində suverenliyinin rəsmi şəkildə tanınmasını tələb edir. Bu tələbin ABŞ-yə, Qərbə və ya birbaşa Ukraynaya irəli sürüldüyü məlum deyil.

3. Cənub cəbhəsində status-kvo

Rusiya Xerson və Zaporojye bölgələrində mövcud cəbhə xəttinin dondurulmasını istəyir və buna hazırdır. Yəni Rusiya mövcud nəzarətini qorumaq niyyətindədir.

4. NATO-ya qadağa

Ukraynanın NATO-ya üzvlüyündən tamamilə imtina etməsi şərt kimi irəli sürülür. Əvəzində “NATO-dan kənar” müəyyən təhlükəsizlik zəmanətləri verilə bilər.

5. Rus dilinə status verilməsi

Rus dilinə Ukraynanın bəzi hissələrində və ya bütün ölkədə rəsmi status verilməsi tələb olunur.

6. Rus Pravoslav Kilsəsinin fəaliyyəti

Moskvay Rus Pravoslav Kilsəsinə Ukraynada sərbəst fəaliyyət imkanı yaradılması tələb olunur. Kiyev bu qurumu Kremlə casusluqda ittiham edir.

7. Sanksiyaların yumşaldılmas

Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların ən azı bir hissəsinin ləğvini istəyir.

8. Atəşkəsin yalnız yekun razılaşmadan sonra elan edilməsi

Putin yalnız bütün paket üzrə razılıq əldə olunacağı halda atəşkəsə hazır olduğunu bildirib.

P.S.Trampın bu qatili beynəlxalq təcrid vəziyətindən çıxarmasının bu cür həyasız şərtlərin irəli sürülməsi ilə nəticələnəcəyi gözlənilən idi.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights