Moldovada parlament seçkilərini uduzan Putin, Gürcüstanda bələdiyyə seçkilərində qalib gəldi və rusiyayönümlü hakim “Gürcü Arzusu” Partiyasının “qələbə”si təmin olundu, Tbilisidə keçirilən etiraz aksiyası isə xüsusi amansızlıqla dağıdıldı.
Kremlin “oyuncağ”ı olan milyarder Bdzina İvanişvilinin “Gürcü Arzusu”nun seçki qutularından “qalib” çıxarılması Cənubi Qafqazın gələcəyi üçün xoşagəlməz nəticə oldu.
Ermənistan və Azərbaycandan əli üzülən “şər dahisi” Vladimir Putin bundan sonra məhz “Gürcü Arzusu”nun idarə etdiyi Gürcüstanın vasitəsilə Cənubi Qafqazda öz təsirini qoruyub saxlamağa və regionu altdan-altdan qarışdırmağa davam edəcək.
Beləliklə, Putini bu mərhələdə öz arzusuna, geosiyasi hədəfinə çatmış saymaq olar.
Bu mənada, əslində, “Gürcü Arzusu” gürcülərin arzusu yox, Putinin arzusudur…
Bəybala MİRZƏYEV
Siyasi şərhçi