Rusiya bütün Ukraynanı tutmaq istəmir. Onun üçün Qara dənizdən təcrid olunmuş və Dneprin sağ sahili ilə məhdudlanmış Ukraynanın qalması bəlkə də prioritet məsələdir.
Tarix göstərdi ki, sağsahil Ukrayna mental olaraq Rusiya ilə düşməndir – bu əraziləri Rusiyaya birləşdirmək onun üçün problemdən başqa bir şey olmayacaq. Həm də Ukrayna adlı dövlətin qalması Rusiyaya sərf edir. Ukraynanın müharibə vaxtı aldığı bütün borclar onun üstündə qalacaq. Aİ onu üzv kimi qəbul etməyəcək, çünki milyardlarla borcu olan kasıb və perspektivsiz, əhalisi silahlı ölkə onlar üçün də böyük problemdir. Həm də bu ölkəni Avropa standartları səviyyəsinə qaldırmaq üçün yüz milyardlarla dotasiya verilməlidir. İqtisadi çətinliklər keçirən Aİ bunu etməyəcək.
Ukraynadan Rusiyaya qarşı istifadə etmək mümkün deyilsə, ora heç kim pul qoymayacaq. Beləliklə, Ukrayna bir ölkə kimi yavaş-yavaş əhəmiyyətini tam itirəcək və perspektivdə parçalanaraq Polşa, Macarıstan, Rumıniya, Slovakiya və bəlkə Rusiya arasında bölüşdürüləcək.Bir məsələni də nəzərdən keçirək – sammitin keçirilmə yeri.
Təcrübə göstərir ki, Putinin Alyaskaya getməsi çox risklidir. Niyə?
Düzdür, ABŞ Roma statutunu imzalamayıb və hətta Netanyahunun həbsinə order verdiyi üçün BCM-in hakimlərinə qarşı sanksiyalar tətbiq edib. Amma özünə sərf edəndə ABŞ BCM-in orderinə əməl edir. Putinin də haqqında BCM-in orderi var – ABŞ təhlükəsizlik qüvvələri onu Alyaskada həbs etsələr bu beynəlxalq hüquqa zidd olmayacaq.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi