Putin: -Zelenski ilə görüşməyə hazıram”

ELAZ.İNFO xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, -Mən Zelenski ilə görüşməyə hazıram”.

Rusiya mediası bununla bağlı geniş şərhlər dərc edir, fikirlər bildirir. Hələlik bu Rusiya Prezidenti tərəfindən verilən bir mesajdır. Mesajın cavabını Ukrayna Prezidenti verəcək.

Yeri gəlmişkən, əvvəllər Zelenski ilə birbaşa danışıqları hər vasitə ilə rədd edən işğalçı Rusiyanın prezidentinin İranın başına gələn son hadisələrdən sonra, bu gün “Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə hazıram”, deyə açıqlama verməsi həqiqətən də çox ibrətamiz və düşündürücüdür…

P.S. Məşhur Azərbaycan xalq məsəlində deyildiyi kimi: “Adın nədir – Daşdəmir, yumşalısan, yumşalı”.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights