Azərbaycanın bu yaxınlarda həm Ukraynaya, həm də Suriyaya təbii qaz nəql etməyə başlaması nə Moskvada, nədəki Tehranda xoş qarşılanmamışdı.
Rusiya hərbçilərinin Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirməsi də məhz bu narazılığın, hikkənin nəticəsidir. Bu kəmərə zərbə endirilməsinə şəxsən Putinin göstəriş verdiyi heç kəsdə şübhə doğurmur. Çünki bu kəmər vasitəsilə Ukrayna Azərbaycandan qaz almağa başlamışdı.
Putin bu cür xain təxribatların, “hibrid müharibə” zərbələrinin ustasıdır. O, açıq və legitim mübarizə üsullarını bacarmadığına görə müstəqil siyasət yürütmək yolunu seçən postsovet ölkələrinə qarşı məhz bu cür köhnə “KQB” metodları ilə qurşaqdan aşağı zərbələr vurmağa üstünlük verir, xain və kinli xislətini göstərir.
Odessa vilayətindəki magistral qaz kəmərinə zərbələr endirməklə Putin öz aləmində düşünür ki, həm Azərbaycanı, həm də Ukraynanı cəzalandırdı.
Lakin bu cür məkrli addımlar Rusiyanın təklənməsini, təcrid olunmasını daha da sürətləndirir.
Bəybala Mirzəyev
Siyasi şərhçi