Putin və Tramp iqtisadi sahədə ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər

ELAZ.İNFO xəbər verir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində ABŞ Hərbi Hava Qüvvələri və Ordusunun Elmendorf-Riçardson birgə bazasında baş tutacaq.

Dövlət başçısının köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər əsas diqqəti Ukrayna nizamlanmasının müzakirəsinə yönəldəcəklər. Onun sözlərinə görə, Putin və Tramp iqtisadi sahədə ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights