Putin Ukraynaya qarşı müharibəni “ədalətli və haqlı mübarizə” adlandırıb

Hitler və Putlerin yalanları…

Gün-gündən getdikcə daha çox hitlerləşən Vladimir Putin (bəziləri haqlı olaraq onu Putler adlandırırlar) Moskvanın 878-ci ildönümü münasibətilə keçirilən mərasimdə Ukraynaya qarşı müharibəni “ədalətli və haqlı mübarizə” adlandırıb.

Adolf Hitler və onun propaqanda naziri Yozef Göbbels də 1938/39-cu illərdə eynilə bu qayda üzrə anlayışları və həqiqətləri təhrif edir, öz yalanlarına doğruluq donu geyindirir, alman ictimaiyyətini və dünyanı aldatmağa çalışırdılar.

İnanın ki, əgər Putler sabah Azərbaycana və ya Qazaxıstana da hücum edərsə, kütlə qarşısına çıxıb eyni həyasızlıqla deyəcək ki, bu müharibə rus xalqının “ədalətli və haqlı mübarizə”sidir.

Bu, Putinin klassik “yalanı həqiqət kimi təqdim etmək” taktikasıdır.

Çox təəssüf ki, düşünmək xüsusiyyətindən tamamilə imtina edən, zombiləşən ruslar isə Putinin tribunalardan səsləndirdiyi bu yalanları az qala “Bibliya” ayələri kimi qəbul edirlər.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights