ELAZ.İNFO xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə geniş iclasda çıxış edib.
Putin Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatının” məqsədlərinə çatacağını bildirərək deyib ki, “Biz münaqişənin kök səbəblərini diplomatiya yolu ilə aradan qaldırmağa üstünlük veririk. Lakin düşmən və onun xarici tərəfdarları konkret danışıqlardan imtina edərsə, Rusiya hərbi yolla tarixi ərazilərinin azad edilməsinə nail olacaq”.
Putin çıxışında 2025-ci ilin Rusiya ordusunun Ukraynadakı fəaliyyəti üçün “dönüş nöqtəsi” olacağını bildirb və qeyd edib ki, “onlar bütün cəbhə xətti boyunca strateji təşəbbüsü ələ keçiriblər”.
Məlumat üçün bildirək ki, öz çıxışı zamanı Putin Şimali Koreya əsgərlərinə Kursk bölgəsindəki fəaliyyətlərinə görə təşəkkür etməyi unutmayıb.
İlahə BAYINDIR


