Putin Rusiyası heç kimlə dostluq etməyi bacarmır

Bizim bəzi xalq yazıçılarımız və deputatlarımız hələ də Rusiya ilə “dostluq”dan, “müttəfiq”likdən dəm vursalar da, lakin Kremlin bəslədiyi Sergey Mardan kimi şovinist jurnalistlər, Z-blogerlər isə Azərbaycana və Türküstan ölkələrinə qarşı militarist, təhdidçi çıxışlar etməyə davam edirlər.

Budur, avqust ayında Azərbaycanı hədələyən “Solovyov Live”ın aparıcısı Sergey Mardan, bu dəfə Qazaxıstanı “SVO” ilə (Xüsusi Hərbi Əməliyyat) hədələyib.

O, izləyicilərinə belə bir təxribatçı sualla müraciət edib:

-“Rusiyanın milli təhlükəsizliyinə qarşı təhdidləri aradan qaldırmaq məqsədilə “müstəqil Qazaxıstan” ərazisində reyd keçirmək vaxtı deyilmi?”

Maraqlıdır ki, Rusiya rəsmiləri isə öz propaqandist nökərlərinin bu cür təxribatçı paylaşımlarına, adətən, heç bir reaksiya vermirlər. Çünki Kremlin rəsmi siyasəti qonşu ölkələrdən “düşmən” obrazı yaratmağa hesablanıb.

Putin Rusiyası heç kimlə dostluq etməyi bacarmır. Rusiyanın dostu yoxdur. Və bunu Rusiya XİN-in başçısı Sergey Lavrov özü də etiraf edir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights