ELAZ.İNFO xəbər verir ki, Rusiya prezidenti jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb ki, Rusiya heç vaxt ərazilərin müqabilində Ukraynaya təhlükəsizlik zəmanətinin verilə biləcəyi məsələsini qaldırmayıb.
Putin qeyd edib ki, Rusiya “ərazilər üçün deyil, orada yaşayan insanların “öz dillərində danışmaq, öz mədəniyyətləri çərçivəsində yaşamaq” hüquqları uğrunda mübarizə aparır.
Putin vurğulayıb ki, “İndiki hakimiyyət legitim olmaq və nizamlanma proseslərində iştirak etmək istəyirsə, onda nə etməlidir… Onlar ilk növbədə referendum keçirməlidirlər”.
Rusiya Prezidenti onu da əlavə edib ki, Ukrayna Konstitusiyasına görə, “ərazilərlə bağlı istənilən məsələ referendumda həll olunur”.
İlahə BAYINDIR